“Aİ etibarlı enerji təchizatçılarına müraciət edir. Azərbaycan da onlardan biridir”.
Ednews xəbər verir ki, bunu bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen tviterdə yazıb.
“Bugünkü razılaşma ilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan Aİ-yə qaz tədarükünün ikiqat artırılması öhdəliyi götürürük. Bu, qış və ondan sonrakı dövr üçün qaz təchizatımızla bağlı yaxşı xəbərdir”, - paylaşımda bildirilib.