Prezident “Konstitusiya Məhkəməsi haqqında” Qanuna edilən dəyişikliyi təsdiqlədi - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

Prezident “Konstitusiya Məhkəməsi haqqında” Qanuna edilən dəyişikliyi təsdiqlədi

Siyasət A- A A+
Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb. 
 
Ednews xəbər verir ki, sənədə əsasən, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir: 
 
- 71.1-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə” sözləri “aylıq vəzifə maaşının 50 faizi məbləğində” sözləri ilə əvəz edilsin; 
 
- 71.2-ci maddə aşağıdakı redaksiyada verilsin: 
 
“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manatdır.”; 
 
- 72.2-ci və 73.6-cı maddələr ləğv edilsin; 
 
- 73.9-cu maddədən “, 73.6-cı” sözləri çıxarılsın. 
 
Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...