Hərbi qulluqçularımız "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə bitiriblər - ednews.net

27 Sentyabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Hərbi qulluqçularımız "Xüsusi təyinatlı kursu"nu müvəffəqiyyətlə bitiriblər

Siyasət A- A A+

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkənin Ankara şəhərində keçirilən “Xüsusi təyinatlı kursu"nda iştirak ediblər.

Müdafiə Nazirliyindən Ednews-a verilən xəbərə görə, kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib. Buraxılış mərasimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...