DSX-dan sərhəddə baş verənlərlə bağlı açıqlama - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

DSX-dan sərhəddə baş verənlərlə bağlı açıqlama

Siyasət A- A A+
“Mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimin pozulması halları qeydə alınır. Belə faktlar mövcuddur”.
 
Ednews-un xəbərinə görə, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
 
O bildirib ki, hətta bir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən terror-pozuculuq fəaliyyəti də qeydə alınıb: “Onun da qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən adekvat tədbirlər görülüb. DSX Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hazırdır”.
 
Əbülfət Baxşəli


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...