Ermənistan Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açacaq - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

Ermənistan Azərbaycanla sərhəddə 3 keçid məntəqəsi açacaq

Siyasət A- A A+
“Ermənistan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin müəyyən edilməsi haqqında” hökumətin 12 may 2011-ci il tarixli qərarına dəyişiklik edilib. Dəyişikliyə əsasən Ermənistan-Azərbaycan dövlət sərhədində 3 yeni buraxılış məntəqələri açılacaq.
 
Ednews "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, layihədə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının Azərbaycan toponimləri də yer alıb:
 
"Sotk" (Zod), Qeqarkunik rayonu (Kəlbəcər rayonu)
 
"Yerasx" (Arazdəyən), Ararat rayonu (Sədərək rayonu)
 
"Qaraxunc" ("Eyvazlı"), Sünik rayonu (Qubatlı rayonu).
 
Qeyd edilir ki, layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.
 
Ermənistanın baş naziri bəyan edib ki, rəsmi İrəvan bu gün də Naxçıvanla Azərbaycan arasında gediş-gəlişi təmin etməyə hazırdır.
 
Söhbər faktiki sərhəddən gedir, çünki Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya ilə bağlı razılığa gəliblər.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...