Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) meşə yanğınları ilə əlaqədər Əlcəzairə başsağlığı verib.
Ednews xəbər verir ki, bu barədə nazirliyin "Twitter" hesabında paylaşım edilib.
“Əlcəzairdə meşə yanğınları nəticəsində yaxınlarını itirən və əziyyət çəkən ailələrə dərin hüznlə başsağlığı veririk. Biz Əlcəzairə hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk”, - paylaşımda bildirib.