Avqustun 23-ü Ukraynada Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Ednews xəbər verir ki, bu münasibətlə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy öz həmvətənlərini təbrik edib.
Səfir Kanevskiy bildirib ki, bu gün Ukraynada müharibə olmasına baxmayaraq o 31-ci Ad gününü qeyd edəcək.
“Bu gün həmvətənlərimin bir çoxu əllərində silahla dövlətin suverenliyini və ərazi bütövlüyünü Rusiya işğalından müdafiə edirlər.
Bu gün Ukrayna xalqı əslində təkcə öz dövlətini deyil, həm də bütün sivil dünyanın dəyərlərini qoruyur, bunun üçün ən yüksək qiyməti öz canı ilə ödəyir.
Dövlətin mövcudluğu üçün həlledici sayılan bu dövrdə biz bir daha əmin olduq ki, Azərbaycan Ukraynanın sadəcə strateji tərəfdaşı deyil, həm də həqiqi və etibarlı dostdur.
Müharibənin ilk günlərindən Azərbaycan Respublikası Ukraynaya humanitar yardımını müntəzəm olaraq göstərir. Azərbaycandan Ukraynaya ərzaq, dərman, tibbi avadanlıq və s. ibarət minlərlə ton yük çatdırılıb. Bu kömək ürəkdən gəlir və buna görə də dəyərlidir.
Bizi sındırmaq mümkün deyil, çünki məşhur ukraynalı kinorejissor Aleksandr Dovjenkonun dediyi kimi: “Biz bütün dünyada ən yüksək dəyərə malik olan Vətən üçün mübarizə aparırıq!”
Ad günün mübarək, əziz Ukrayna!”