“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanışı oldu - FOTOLAR - ednews.net

30 Sentyabr, Cümə

(+994 50) 229-39-11

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanışı oldu - FOTOLAR

Siyasət A- A A+

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Qazaxıstan Respublikasında keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin paytaxt Nur-Sultan şəhərində təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Ednews-a verilən məlumata görə, mərasimdə Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov və nazirliyin digər rəhbər heyəti, hərbi attaşelər, komandaların üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

“Artilleriya atəşinin ustaları” haqqında videoçarx nümayiş etdirildikdən sonra müsabiqədə iştirak edən dövlətlərin bayraqları səhnəyə gətirilib.

Tədbirdə çıxış edən general-leytenant M.Xusainov iştirakçıları salamlayıb və hər bir komandanın yarışlar müddətində yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib.

Qalib komandalara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Qazaxıstan Respublikasının Dövlət Himni səsləndirilib və “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.
Bağlanış mərasimində konsert proqramı təqdim olunub.

Qeyd edilib ki, 9 komandanın mübarizə apardığı müsabiqənin yekun nəticələrinə əsasən Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan komandası isə üçüncü yerə layiq görülüb.

 

1

1

1

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...