“Göstərilən qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm”.
Ednews xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşündə səsləndirib.
“Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir.
Bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq. Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq”, - deyə o, qeyd edib.