Aİ Şurası Prezidenti: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Aİ Şurası Prezidenti: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik

Siyasət A- A A+

Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərinə mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq.

Ednews xəbər verir ki, bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin görüşlə bağlı bəyanatında bildirilib: “Biz humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə apardıq”.

Aİ Prezidentinin Azərbaycan tərəfinin diqqətinə erməni saxlanılanların azad edilməsinin vacibliyini çatdırdığı qeyd olunub.

Bildirilib ki, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib. Razılığa gəlinib ki, sərhədlərin delimitasiyasl üzrə Komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...