Zahid Oruc “Ermənistan müasir hərbi texnologiyalardan məhrum ediməlidir”

Siyasət 13:54 01.09.2022

“Hərbi cinayətkarlar gələcəkdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzlanması və sərhədlərin açılmasından sonra aramızda rahat gəzə bilməməlidir”.

Ednews.net xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc söyləyib.

“Müharibələrin böyük itkilərinə baxmayaraq, onların aparılmasının beynəlxalq hüquqi normaları var. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri, 21-ci əsrin savaşlarında dünyada yeganə qələbə modelini, həm də hərbi əməliyyatların aparılmasının humanitar hüquq, yüksək siyasi əxlaq, hərbi şərəf və ləyaqət prinsiplərini nümayiş etdirdi. Təcavüzkar ölkənin mülki əhalisinə və silahlı qüvvələrinə münasibətdə bütün konvensiyalara əməl olundu”.

O əlavə edib ki, müharibələrin çoxsaylı fəlakətləri sırasında insanların itkin və əsir düşməsi, təkcə doğmalarına qüssə və əzab vermir, həm də düşmən tərəfindən müxtəlif siyasi təzyiqlər, şərtlər və diktələrə gətirib çıxarır. Halbuki insanların itkin düşmüş yaxınlarının taleyini, başına gətirilənləri bilməyə haqqı var.

“Xatırladaq ki, 1945-1993-cü illər arasında dünyada 174 müharibə baş verib və onlardan 34 faizi dövlətlər, 66 faizi isə daxildə vətəndaş qrupları arasında törədilib. Əgər Birinci Dünya müharibəsində həlak olan mülki əhalinin döyüşçülərə nisbəti - hər 7 döyüşçüyə 1 mülki şəxs düşürdüsə, 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində baş verən hərbi münaqişələrdə 9 mülki şəxslə müqayisədə 1 döyüşçü öldürülür. Göründüyü kimi, münaqişələrin humanitar mahiyyəti dəyişib və indi itkin düşənlərin əksəriyyəti döyüşçülər yox, mülki insanlardır. Həqiqətən də itkinlər və hərbi cinayətlər problemi müharibələrin ən böyük mirasıdır"- deyə Zahid Oruc vurğulayıb.

 “Bu təkcə demoqrafik deyil, mənəvi, fiziki iztirabdır, iqtisadi fəlakətdir, çünki müharibədən əziyyət çəkən ölkələrə ayrı-seçkiliklə yardım göstərilir. Lakin kimsə itkin düşən və itirilmiş insanların maddi dəyərini hesablaya bilməz, eləcə də əgər bir adam tapılırsa, onun axtarışının neçəyə başa gəldiyini və doğmaları üçün qiymətini göstərməkdə acizdir. Azərbaycanın verdiyi itkinlərə, qurbanlara biganə qalanlar, problemin həllini təxirə salanlar, onu siyasiləşdirənlər heç olmasa indi, dünyanın təhlükəsizliyini təhdid edən Rusiya-Ukrayna müharibəsini görəndən sonra Qarabağı yada salmalıdırlar. Dünyada sabitliyin və təhlükəsizliyin şərti budur. Yalnız onda bizim bölgədən öyrənilən dərsləri başqa yerlərə köçürə bilərlər. Əks halda, çoxları qurbanlıq sindromundan əziyyət çəkəcəklər”.

Sonda Z.Oruc bunları vurğulayıb:

“İtkinlərlə bağlı mülki və hərbi cinayətkarların siyahısı elan oluna və onların Roma statutu əsasında daimi təqibi həyata keçirilə bilər. Hərbi və mülki cinaytkarların törətdikləri cinayətlərə görə cavab verməli olub-olmaması müzakirə edilə bilməz, çünki ədalətə nail olmaq və cəzadan yayınmağa son qoymaq, onu təkrar etməmək və günahkarları mühakimə etməklə dünyaya açıq mesaj göndərilmiş olar. İtkinlərə qarşı cinayətlərin cəzalandırılması o demək olacaq ki, Ermənistan bundan sonra dağıdıcı ideologiya yaratmağa çalışsa, məhkumluqdan qaça bilməyəcək. Cinayət ideologiyasına əl atanlar cəzalanarsa, onda indiki gənclər və gələcək nəsillər görər ki, bu cür əməllər mükafatlandırılmır, onları sabaha daşımaqdan vaz keçərlər. Baş verənlər haqqında ifadə verən şahidlər, xüsusən də günahlarını etiraf edənlər başqalarını motivasiya edərlər və ruhlarını bir qədər sakitləşdirmiş olarlar.

Eyni zamanda, indi qonşu ölkərdə gedən müharibənin baş şüarı demiltaristləşmədir, Ermənistan da strateji silahlar və müasir hərbi texnologiyalardan məhrum ediməlidir. Biz Azərbaycan ordusunun Laçın rayonuna və Laçın yoluna tam nəzarəti təmin etməsi ilə 1988-ci ildə münaqişə yenicə başlayandakı reallıqdan daha yüksək bir statusu bərqərar etməklə bir daha xalqımızın əsrlər boyu köçkün, itkin, əsir və nəhayət, torpaqlarına mina əkilməsinə son qoyacağına inanırıq". 

 

 


İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
13:40 09.05.2024
PSJ baş məşqçisi ilə bağlı qərar verib
PSJ baş məşqçisi ilə bağlı qərar verib
13:20 09.05.2024
Ərdoğan: Aİ Türkiyə ilə əlaqələrə zərbə vura biləcək siyasətdən imtina etməlidir
13:00 09.05.2024
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib, yeddi polis saxlanılıb
12:40 09.05.2024
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO
12:20 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Hamısı