Avropa İttifaqından Rusiyaya zərbə - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Avropa İttifaqından Rusiyaya zərbə

Siyasət A- A A+

Avropa İttifaqı (Aİ) Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandıracaq.

Ednews.net reuters-ə istinadən xəbər verir ki, sözügedən qərarı Macarıstanın xarici işlər naziri Peter Szijarto açıqlayıb.

“Avropa İttifaqı Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini ləğv edəcək. Üzv ölkələrin kifayət qədər çoxluğu bunun üçün toplaşıb, bugünkü çıxışlardan da aydın oldu. Ancaq nəticə ondan ibarətdir ki, ruslar üçün vizalara ümumi qadağa olmayacaq”, - nazir bildirib.

Sadələşdirilmiş rejimin ləğvi viza üçün müraciət prosedurunun dəyişdirilməsi demək olacaq. Aİ vizalarına müraciət edən ruslar daha çox sənəd toplamalı olacaqlar. Bundan əlavə, ərizələrə baxılma müddəti uzadılacaq və belə ərizənin verilməsinin dəyəri 35 avrodan 80 avroya qədər artacaq.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...