7-10 sentyabr tarixlərində Kocaeli şəhərinin GEBZE mahalının bələdiyə başçısı Zinnur Büyükgözün başçılığı ilə Türkiyə nümayəndə heyəti Bakıya səfəri baş tutub.
Ednews xəbər verir ki, səfər çərçivəsində Gəncə şəhərinə səfər edən Türkiyə nümayəndə heyəti şəhid övladları ilə görüşüb.
Görüşdə iştirak edən GEBZE Bələdiyyəsi və Bələdiyyə Başçısı Binnur Böyükgöz, millət vəkili Cəmil Yaman və GEBZE Bələdiyyə Başçılığının məclis üzvləri şəhid övladlarına sovqat paylayıblar. Tədris ilinin başlanması münasibəti ilə onlar məktəblilərə çanta və ləvazimatlar hədiyyə ediblər.
Eyni zamanda heyət Türkiyə Respublikasının Gəncədəki konsulu ilə də görüşüb.