Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib - ednews.net

3 Oktyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Siyasət A- A A+
Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət ediblər. Müdafiə Nazirliyindən EDnews-a verilən məlumata görə, qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub, müzakirələr aparılıb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Sonda qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...