Bakıda NATO kursu keçiriləcək - ednews.net

5 Oktyabr, Çərşənbə

(+994 50) 229-39-11

Bakıda NATO kursu keçiriləcək

Siyasət A- A A+

Ölkəmizdə keçiriləcək NATO-nun "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) beynəlxalq təlimatçıları Bakıya gəlib.

Bu barədə Ednews-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hazırlıq mərhələsində yerli və xarici mütəxəssislərdən ibarət təlimatçılar kursun mövzularını və qarşıya qoyulan məqsədləri dəqiqləşdirir.

Kursun keçirilməsində əsas məqsəd NATO qərargahlarında və tərəfdaş ölkələrdə ƏİK proqramına cəlb olunan hərbi qulluqçulara ƏİK tədbirlərinin planlaşdırılması və icrası mərhələsində məlumat bazasının tətbiqinin öyrədilməsidir.

Qeyd edək ki, ölkəmizdə ikinci dəfə keçiriləcək kurs sentyabrın 26-da başlayacaq.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...