“İran qadınların cəhənnəminə çevilib” Siyasi şərhçidən AÇIQLAMA

Siyasət 14:00 27.09.2022

Hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü fonunda İranda kütləvi iğtişaşlar, aksiyalar səngimək bilmir. 

Etriazların dalğası təkcə cənubu yox, bütün İranı bürüyüb. İnsanlar işsizlikdən, səfalətdən, haqlarının tapdalanmasından cana yığılıb. Ölkə getdikcə xaosun içinə yuvarlanır. İranda yaşayan insanlar əsasən də azərbaycanlılar təzyiqlərə məruz qalır. İran sadəcə öz ölkəsinə deyil, qonşu ölkələrə də təzyiq göstərərək, hazırki yaşayışı çətinləşdirir. 

Son hadisələrlə bağlı İstanbulda yaşayan siyasi şərhçi Məhsa Mehdili Ednews-a açıqlamasında qeyd edib ki, İranda baş verən bu hadisələr ilk dəfə deyil ki, yaşanır. Onun sözlərinə görə, hətta 5-6 il ərzində belə hadisələr daha çox təşkil olunub. 

Məhsa Mehdili: May qiyamı kimin yanımızda və kimin qarşımızda olduğunu bizə  göstərdi

“İran siyasi məqamlarda da yanlış addımlar atır. Azərbaycanın Qarabağda əldə etdiyi qələbə və Türkiyə ilə daha da yaxınlaşması, İranı daha da çilədən çıxardı. Zəngəzur dəhlizi ilə əlaqəli olan məsələdə İranın Ermənistana verdiyi dəstəyi və sülhə qarşı atdığı addımları çox yanlış qiymətləndirirəm”.

Siyasi şərhçi İranı “cəhənnəm” adlandıraraq, bu sözün izahını daha geniş şəkildə belə vurğulayıb. 

“İran həm dinlərin, həm məzhəblərin, həm ölkələrin, həm də xalqının, xüsusilə də qadınların cəhənnəminə çevirilib. Əvvəl xalqın bir hissəsi narazı idisə, indi çoxu hökumətə qarşı çıxır. Əgər etiraz aksiyaları davamlı olsa, bəlkə irəli zamanlarda bir nəticə əldə etmək mümkün olacaq. Artıq Cənubi Azərbaycanda “Azadlıq”, “Ədalət” şüarları ilə rastlaşırıq. Məncə bu hərəkət tarixə atılan bir imzadır”.

Məhsanın sözlərinə görə, son 50 ildə İran edam saylarına görə, dünyada ilk sıralardadır. Millət artıq illərlə yığdığı hirsini Məhsa Əminin qətlindən sonra daha da biruzə verməyə başladı. İran öz xalqına onları eşitmədən və önəmsəmədən, zorbalıq edir.

Söhbət əsnasında şərhçi həmçinin, xaricdə yaşayan iran vətəndaşlarına və ailələrinə edilən təzyiqlərlə bağlı olan iddiaları da təsdiqləyib. 

“Şəxsən mən 10 ildir ki, öz vətənimə qayıda bilmirəm. Düşünürəm ki, əgər cənubi Azərbaycanda məcburi baş örtüyünə qarşı qadınların etdiyi aksiyalara bütün dünya qoşulsa, bəlkə bir nəticə əldə etmək mümkün oldu”. 

Mövzu ilə bağlı Fransada yaşayan “Ərk” İnsan Haqları cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi Jalə Təbrizi də fikirlərini saytımızla bölüşüb:

“İranda qadınların haqları, hüquqları alınıb. Hicab, çadra adı altında qadınların bütün haqları tapdalanır. Düzgün riayət edilmədikdə, cəzası daha da sərtləşdilir. Qadın meydana çıxardılaraq, döyülür, söyülür, həbs edilir, hətta silahla vurulur. Bunların qarşısı alınsın, qadağalar aradan qaldırılsın deyə, qadınlar etiraza başlayıblar. Təkcə qadınlar yox, artıq cəmiyyət də bu haldan bezib ”. 

J.Təbrizi İranı sərt şəkildə tənqid edərək qeyd edib ki, insanlar artıq molla rejimini, İran İslam Respublikasını istəmir. 

“Sadəcə qadınlara qarşı yox, aclıq, işsizlik, gənclərin haqlarının tapdalanması da bu ölkədə baş alıb gedir. Hətta İran tərəfindən azərbaycanlılar da təzyiqlərə məruz qalır. Onlar ana dilimizə təsir edir, Urmu gölünü qurutdular, etiraz edənləri isə həbsə atdılar. Gölün qurumasından sonra orda yaşayan insanları yaşayışı çətinləşib, müxtəlif xəstəliklər yayılıb. İran sadəcə öz ölkəsinə deyil, qonşu ölkələrə də təzyiq göstərərək, hazırki yaşayışı çətinləşdirir. İran prezidenti Rəisinin Nyu-Yorkda çıxışı zamanı da iranlılar orada etiraz aksiyaları təşkil etmişdilər. Həqiqətən də ölkədəki hazırki vəziyyət çox çətin və ağırdır. Ümid edirik ki, bu etirazlar sayəsində insanlar öz istəyinə çatacaqlar”.

 Xatırladaq ki, İranda hicab taxmamaq cinayətdir. Buna görə qadınlara ağır cəzalar tətbiq olunur. 

Rəna Mürşüd

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı