Yunanıstan-Türkiyə gərginliyinin qığılcımları Cənubi Qafqaza da sıçraya bilər Ekspertdən açıqlama

Siyasət 15:50 27.09.2022

Dünyada güc mərkəzlərindən birinə çevrilən Türkiyə Qərbin, daha açıq desək ABŞ-ın nəzərlərini tamamilə üzərinə çəkib. NATO birliyinə üzv olmasına rəğmən ABŞ öz ambisiyalarını yürütmək naminə yenə də Yunanıstanla Türkiyəni qarşı-qarşıya gətirməyə çalışır.

Ednews-a açıqlama verən türkiyəli ekspert Həsən Oqtay bunu tarixdə bir qrup insanların buraxdığı xəta adlandırıb.

Bəs görəsən, Yunanıstanla Türkiyə arasında yaranan böhranın tarixi əlamətdar hadisələri nədir?

“KAFKASSAM” siyasi araşdırmalar mərkəzinin qurucusu və rəhbəri Həsən Oqtay qeyd edib ki, NATO tarixində heç vaxt iki üzv ölkə arasında müharibə olmayıb: “Bunun müstəsna halı 1974-cü ildə Kiprdə yaşanmışdı. Kiprin Yunanıstanla heç bir əlaqəsi olmadığı üçün bu münaqişəni birbaşa Türkiyə-Yunanıstan münaqişəsi hesab etmək düzgün olmazdı. Lakin Türkiyə Kiprə müdaxilə edərək, türkləri xilas etdiyi üçün ABŞ tərəfindən Türkiyəyə embarqo qoyuldu,” deyə, ekspert vurğulayıb.

Qeyd edək ki, həmin dövrdə Yunanıstan buna reaksiya olaraq NATO-nun hərbi qanadından çəkildi. Səbəb isə...

“Həmin dövrdə Türkiyənin Kiprdə türkləri müdafiə etməsi Yunanıstanı çox pərişan etdi. Yunanıstan ABŞ-dan Türkiyəyə qarşı sərt bir cavab umduğu halda bunu görmədi və buna açıq etirazını bildirmək üçün NATO-nun hərbi qanadından çıxmaq qərarına gəldi”.

Ekspertin sözlərinə görə, bu gün Yunanıstanın yenidən Türkiyəyə qarşı baş qaldırmasının özəl səbəbi məhz 1980-ci ildə Türkiyədəki hərbi çevrilişdən sonrakı proseslər olub.

“1980-ci ildə Türkiyədə baş verən hərbi çevrilişdən sonra çevriliş edənlər dünya ictimaiyyətinin qəzəbini üzərinə almamaq üçün Yunanıstanın yenidən NATO-ya daxil olmasına icazə verdilər. Halbuki, 1980 çevrilişini edənlər Yunanıstanın NATO-ya daxil olmasına veto qoysaydılar, bu gün Yunanıstan böhranı deyilən problemlə üzləşməzdik.”

Ekspert əlavə edib ki, bu gün Yunanıstanın ABŞ-ın yanındakı xüsusi yeri erməni lobbisinin senatdakı nüfuzu kimidir.

“ABŞ-dakı Rum lobbiləri Amerika seçkilərində təsirli olduğu üçün Türkiyə-Yunanıstan münasibətlərində ABŞ yunan tərəfini tutmuş kimi görünür. Lakin Türkiyə NATO-nun ikinci mühüm qüvvəsi olduğundan, həmçinin Rusiya NATO münasibətlərində mühüm vasitəçi olduğu üçün ABŞ-ın diqqətindən kənarda qala bilməz. Amerikanın Yunanıstanı silahlandırmasını birbaşa Türkiyəyə qarşı əməliyyat hesab etmək düzgün olmazdı. Amerika Türkiyə ilə Yunanıstanın müharibə etməsini istəmir, amma yunan lobbiləri Amerikanın Türkiyəyə qarşı olduğu görüntüsünü nümayiş etdirir”.

Həsən Oqtay Yunanıstanla Türkiyə arasında hətta birbaşa müharibə ola biləcəyi təqdirdə bunun təsirləri barədə də söz açıb:

“Bütün ehtimalları nəzərə alsaq və nəticədə Türkiyə və Yunanıstan müharibə ilə üzləşsə, bunun şübhəsiz ki, regional təsirləri olacaq. Əvvəla, Türkiyə Rusiya-Ukrayna müharibəsi kimi uzunmüddətli müharibəyə girməyəcək. Bu müharibə ən çox bir həftə davam edə bilər. Burada Rusiyanın bir həftə ərzində Ukraynanı alacağı fikrini daşıyanların rəyi ilə bizim bu məsələdə münasibətimiz eyni deyil. Türkiyə müharibəyə girərsə, bütün nəticələri hesablayaraq bu müharibəni davam etdirəcək. Təbii ki, müharibə arzuolunan vasitə deyil, amma baş verərsə, Cənubi Qafqaza da təsiri olacaq, çünki Yunanıstanı Türkiyəyə qarşı təxribata sürükləyənlər Ermənistanı da Azərbaycana qarşı təxribata cəlb ediblər”.

H.Oqtayın fikrincə hazırda bütün şərhlərdə ABŞ-ın Rusiyaya qarşı bir neçə cəbhədə savaş açmaq iddiası müzakirə edilir: “Həmin cəbhələrdən biri Cənubi Qafqazda da gözləniləndir. Yunanıstan böhranı və ya müharibəsi Cənubi Qafqazda silahlı münaqişəni alovlandıra bilər. Fikrimcə Türkiyə bunu nəzərə aldığı üçün bütün imkanlarını səfərbər edib”.

Məsələni diplomatik tərəfdən görməyə çalışan türkiyəli ekspert həmçinin, Yunanıstanla Türkiyə arasında nə zamansa münasibətlərin normallaşmasını belə dəyərləndirib: “Kimin səbəbkar olmasından asılı olmayaraq, Yunanıstan-Türkiyə münasibətləri nə vaxtsa yaxşılaşmalıdır. Çünki Yunanıstan Türkiyə ilə bu gərginliyi saxlaya bilməz. Çünki bunu gərginliyin arxasında iddia edilən ABŞ-da istəməz.

Bilirsiniz, beynəlxalq münasibətlərdə çoxölçülü düşünmək son dərəcə vacib amillərdəndir. Yunanıstanı Türkiyəyə qarşı təhrik edən tərəfin Amerika olduğunu düşünəndə ortada həm də Rusiya və Çin faktoru meydana gəlir. Çünki iki NATO ölkəsinin münaqişəsi diqqət çəkəcək, Rusiya bölgədə rahatlaşacaq, Çin isə baş verənlərdən xeyli mənfəət əldə edəcək”. 

Elnur Ənvəroğlu

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı