Türk Hava Yollarının rəsmi saytında Türkiyənin milli aviadaşıyıcısının Rusiya və Belarusa bəzi reysləri ləğv etdiyi barədə xəbər yayılıb.
Ednews xəbər verir ki, Soçi, Rostov və Yekaterinburqa, eləcə də Minskə uçuşlar 2022-ci il dekabrın 31-dək yerinə yetirilməyəcək.
Türk Hava Yolları ilə də bu şəhərlərdən uçmaq mümkün olmayacaq. Aviadaşıyıcı öz qərarlarının səbəblərini bildirmir, lakin alınmış biletlərin pulunun geri qaytarılacağını vəd edir.
Rusiyanın “Aeroflot” şirkəti isə oktyabrın 1-dən Misirin məşhur kurortları olan Hurqada və Şarm Əl-Şeyxə müntəzəm gündəlik reysləri bərpa edəcəyini açıqlayıb. Biletlər isə artıq satışdadır.