Zəngəzur dəhlizi vacib layihədir - Belçikalı ekspert - ednews.net

5 Dekabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Zəngəzur dəhlizi vacib layihədir - Belçikalı ekspert

Siyasət A- A A+
Aİ enerji asılılığını aradan qaldırmaq üçün Azərbaycanla işləyir.
 
Ednews xəbər verir ki, bu barədə Belçikadan olan “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold de Çevilli Azərbaycan beyin mərkəzlərinin I Forumunda deyib.
 
“Enerji asılılığının aradan qaldırılması və problemin həll olunması istiqamətində Aİ digər tərəfdaşlarla işləyir ki, bunlar arasında Azərbaycan da var. Avropa həmçinin, Mərkəzi Asiya regionunun potensialı ilə də maraqlanır. Lakin bu əməkdaşlıq üçün Qərblə Şərq arasında koridorun yaradılması vacibdir. Burada isə Zəngəzur dəhlizinin vacibliyi bir daha meydana çıxır”, - Vitold de Çevilli qeyd edib.
 
O, çıxışında azad olunmuş ərazilərdə yeni infrastrukturun qurulması, nəqliyyat layihələrinin sürətlə tikilməsini də vurğulayıb.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...