Gələn ay Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə birgə təlim keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə MN-in Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyevin sentyabrın 28-də Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı, general-mayor Giorgi Matiaşvili ilə görüşünə dair yaydığı məlumatda bildirilib.