“Macarıstan Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır” - Nazir - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

“Macarıstan Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır” - Nazir

Siyasət A- A A+
Macarıstan Qara dəniz sualtı elektrik xətti layihəsində iştirak etməklə Yaşıl Enerji dəhlizində Azərbaycanın tərəfdaşı olmaqda qərarlıdır. 
 
Ednews xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb. 
 
Onun sözlərinə görə, bu məsələ bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclası çərçivəsində P.Şahbazovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə müzakirə olunub.
 
Nazir P. Siyarto ilə səmərəli görüşünün olduğunu da vurğulayıb. 
 
Xatırladaq ki, iclas çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq. İclasda P. Şahbazovun çıxışı, iclasdan sonra isə ikitərəfli görüşləri nəzərdə tutulub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...