Belarus səfiri Pelosiyə görə Ermənistan XİN-ə çağırıldı - ednews.net

30 Noyabr, Çərşənbə

(+994 50) 229-39-11

Belarus səfiri Pelosiyə görə Ermənistan XİN-ə çağırıldı

Siyasət A- A A+

Belarus səfiri Aleksandr Konyuk Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Ednews "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, diplomat Belarus xarici işlər naziri Vladimir Makeyin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı fikirləri ilə əlaqədar Nazirliyə dəvət olunub.

Belarus səfirinə Makeyin bəyanatı ilə bağlı Ermənistan tərəfinin narahatlığı çatdırılıb.

Qeyd edək ki, Belarusun xarici işlər naziri Vladimir Makey ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin mövcud münaqişələri daha da gərginləşdirdiyini bildirib.

Xatırladaq ki, Pelosi sentyabrın 17-dən 19-dək Ermənistanda səfərdə olub.  



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...