Mülki prokurorluqlar azad olunmuş rayonların əhalisinin əsasən kompakt yaşadığı yerlərdə yerləşir - Kamran Əliyev - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Mülki prokurorluqlar azad olunmuş rayonların əhalisinin əsasən kompakt yaşadığı yerlərdə yerləşir - Kamran Əliyev

Siyasət A- A A+
Artıq işğaldan azad olunmuş ərazilərdə mülki əhali var, işləyirlər, o cümlədən bizim hərbçilərin ailələri oradadır, infrastruktur layihələri var. Ona görə də biz qərara aldıq ki, mülki prokurorluğun da işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə, növbətçilik əsasında qayıtması zəruridir.
 
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
 
K.Əliyev bildirib ki, mülki prokurorluqlar əsasən işğaldan azad olunmuş rayonların əhalisinin kompakt yaşadığı yerlərdə yerləşir.
 
"Eyni zamanda, biz növbətçillik əsasında əməkdaşlarımızı həmin rayonlara göndərmişik. Həmin yerlərdə də bütün şərait, infrastruktur yaradılıb, öz fəaliyyətlərini həyata keçirirlər.
 
Həmçinin, Azərbaycan Prezidentinin 2021-ci il aprel ayında imzaladığı fərmanla yeni Qubadlı və Kəlbəcər hərbi prokurorluqları yaradılıb, yeni ştatlar müəyyənləşib. Bu gün bizim işğaldan azad olunmuş ərazilərdə kifayət qədər kadr potensialımız var”, - deyə o qeyd edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...