Bakıda Mahatma Qandinin doğum gününün 153-cü ildönümünü qeyd olunub

Siyasət 19:29 03.10.2022
Hindistanın Bakıdakı Səfirliyi 2 oktyabr 2022-ci il tarixində Azərbaycandakı hind diaspor assosiasiyaları ilə birlikdə Mahatma Qandinin doğum gününün 153-cü ildönümünü qeyd etmək üçün “Qandi Cayanti” tədbirini təşkil edib. “Landmark Hotel Baku” mehmanxanasında keçirilən tədbirə Azərbaycanın rəsmi şəxsləri, tanınmış mədəniyyət xadimləri, universitetlərin nümayəndələri, Hindistan tarixi və mədəniyyətinin həvəskarları, Hindistanın Azərbaycandakı dostları, habelə hind icmasının çoxsaylı üzvləri və Azərbaycanda təhsil alan hindistanlı tələbələr daxil olmaqla 150-yə yaxın iştirakçı qatılıb. Ednews xəbər verir ki, Hindistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar tədbirdə çıxış edərək bildirib ki, Mahatma Qandi sadəcə Hindistanı azadlığa aparan milli hərəkatının lideri deyil, həm də dünya üçün bir müəllim olub. “O, tək Hindistana deyil, bütün dünyaya məxsusdur. Onun mesajları Hindistanın azadlıq mübarizəsi kontekstində verilsə də, bütövlükdə bütün dünya üçün nəzərdə tutulub. Birləşmiş Millətlər Təşkilatı Mahatma Qandinin çoxşaxəli töhfəsini qəbul edərək, qeyri-zorakılıq fəlsəfəsini və strategiyasını həmçinin təhsil və ictimai maarifləndirmə yolu ilə yaymaq üçün 2007-ci ilin iyununda onun doğum gününü Beynəlxalq Qeyri-Zorakılıq Günü elan edib”, - Vinay Kumar deyib. O, vurğulayıb ki, Mahatma Qandi bu gün də bizi ruhlandırmağa davam edir: “Onun təlimləri həm məkan, həm də zaman baxımından ümum xarakter daşıyır. Onlar Qandinin həyatda olduğu vaxtlarda olduğu kimi, bu gün də aktualdır və bəşəriyyətin üzləşdiyi problemlərə həll yolları təklif etməyə davam edəcək.” Daha sonra tədbir iştirakçıları məşhur azərbaycanlı müğənni Tofiq Əliyevin ifasında Mahatma Qandinin sevimli “Vaişnav Can To Tene Kahiye” mahnısına çəkilmiş videoklipi izləyiblər, eləcə də Mahatma Qandinin həyatına dair qısa təqdimata və sənədli filmə baxıblar. Tədbirdə, həmçinin Qandi haqqında çıxışlar, şeirlər və mahnılar dinlənilib. Tədbir zamanı iştirakçılar, həmçinin tədbirin keçirildiyi məkanın foyesində təşkil olunmuş Qandi haqqında rəsm sərgisinə, eləcə də əl ilə əyirilmiş tekstil – Xadi sərgisinə baxmaq imkanını əldə ediblər.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Hamısı