Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

Siyasət A- A A+
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona zəng edib.
 
Ednews xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
Dövlətimizin başçısı Tacikistan Prezidentini yubileyi münasibətilə təbrik edib, ona Tacikistan xalqının firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.
 
Emoməli Rəhmon göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
 
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
 
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...