Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin Edilliyə səfəri başlayıb - ednews.net

3 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin Edilliyə səfəri başlayıb

Siyasət A- A A+
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonunun Edilli kəndinə səfəri başlayıb.
 
Ednews Report-a istinadən xəbər verir ki, onlar kənddə aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkəcəklər.
 
Müvafiq dövlət qurumlarının əməkdaşları ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinə ərazidə aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat verəcəklər.
 
Qeyd edək ki, bir neçə gün bundan öncə Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir.
 
Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...