Prezidentin köməkçisi İstanbulda bir sıra görüşlər keçirib - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Prezidentin köməkçisi İstanbulda bir sıra görüşlər keçirib

Siyasət A- A A+

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun ilə görüşüb.

Ednews xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter“də paylaşım edib.

Görüş İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) informasiya nazirlərinin 12-ci sessiyası çərçivəsində baş tutub.

Bundan əlavə, Hikmət Hacıyev İƏT Baş Katibi Hissein Brahim Taha, Özbəkistan Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev və İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili ilə də ikitərəfli görüşlər keçirib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...