"PKK ilə bağlı İsveç hökumətinin heç bir cəfəng hərəkəti olmayacaq".
Ednews xəbər verir ki, bunu İsveçin yeni xarici işlər naziri Tobias Billström AP-ya müsahibəsində deyib.
İsveç XİN başçısı bildirib ki, İsveçin yeni hökuməti Türkiyə, Avropa və ABŞ-da terror təşkilatı kimi tanınan PKK ilə bağlı Türkiyənin narahatlığını bölüşür.
"PKK ilə bağlı İsveç hökumətinin heç bir cəfəng hərəkəti olmayacaq. Biz terror təşkilatlarının İsveç ərazisində fəaliyyət göstərmək hüququna malik olmamaqla bağlı siyasətin tam arxasındayıq. Üçtərəfli memorandumda yazılan və hər üç tərəf tərəfdən razılaşdırılan hər şey yerinə yetirilməlidir. Hər şey qanuni və təhlükəsiz şəkildə edilməlidir”, - İsveç XİN başçısı qeyd edib.