“Rusiya uzun illər Ermənistana Qarabağ məsələsinin həlli üçün 5 rayonu Azərbaycana qaytarmağı təklif edib, lakin İrəvan öz yolu ilə gedib”.
Ednews xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.
“Biz münasibətlərin normallaşmasına doğru irəliləməyi təklif etdik, Amma Ermənistan rəhbərliyi öz yolu ilə getdi və bu, indiki vəziyyətə gətirib çıxardı”,- deyə Putin erməni nümayəndənin sualını cavablandırarkən qeyd edib.
Putin həmçinin bildirib ki, Rusiya sülh yolu ilə nizamlanmanın tərəfdarıdır:
“Biz sülh müqaviləsi, delimitasiya və demarkasiyanın tərəfdarıyıq”.