Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya, Ermənistan liderlərinin görüşü olacaq.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlarda 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımlar, iqtisadi və nəqliyyat əlaqələri, o cümlədən ticarətin bərpası və inkişafı məsələlərinin müzakirəsi planlaşdırılır.
Həmçinin, Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrılıqda görüşləri də planlaşdırılır.