Türkiyənin Cümhuriyyət Günü münasibətilə Heydər Əliyev Mərkəzi bu ölkənin bayrağı ilə işıqlandırılıb.
Ednews "Report"-a istinadən xəbər verir ki, ətrafdakı ərazidə Heydər Əliyev Mərkəzinin binası üzərində olan Türkiyə bayrağını izləmək mümkün olub.
Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin yaradıldığı gündür.