Səhiyyə nazirimiz və səfirimiz Şamil Ayrımı İstanbulda ziyarət etdilər - FOTOLAR - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Səhiyyə nazirimiz və səfirimiz Şamil Ayrımı İstanbulda ziyarət etdilər - FOTOLAR

Siyasət A- A A+
Türkiyədə səfərdə olan Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanda yol qəzasına düşən millət vəkili Şamil Ayrımı İstanbulda xəstəxanada ziyarət ediblər.
 
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Tvitterdə yazıb.
 
Nazir və diplomat türkiyəli millət vəkilinin səhhəti ilə maraqlanıblar.
 
Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya uğrayıb.
 
Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb.
 
Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.
1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...