Ermənistan sentyabrın 13-də Azərbaycanla sərhəddə baş verən atışma nəticəsində həlak olan hərbçilərinin ilk dəfə siyahısını açıqlayıb.
Ednews xəbər verir ki, siyahı Hərbi Sığorta Fondunun rəsmi saytında dərc olunub.
Mənbə yazır ki, siyahıda 93 hərbçinin adı var.
Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının oktyabrın 14-də keçirilən növbəti iclasında Ermənistanın baş naziri Nikol Paşinyan sentyabr ayında həlak olan və itkin düşən erməni hərbçilərinin sayının 210 nəfəri ötdüyünü bəyan edib.