Azərbaycanda radiotezliklər bu halda ləğv ediləcək - DƏYİŞİKLİK - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda radiotezliklər bu halda ləğv ediləcək - DƏYİŞİKLİK

Siyasət A- A A+
Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərar "Lisenziyalar və icazələr haqqında" qanunla müəyyən edilmiş hallarla yanaşı, digər hallarda da ləğv ediləcək.
 
Ednews xəbər verir ki, bu, “Telekommunikasiya haqqında” qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub.
 
Müvafiq qanun layihəsinə əsasən, həmin hallar aşağıdakılardır:
 
Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün verilən lisenziya ləğv edildikdə, o cümlədən sellülar (mobil) telekommunikasiya xidmətləri üçün verilən lisenziyanın müddəti bitdikdə;
 
- O cümlədən radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində radiotezlik istifadəçisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) radiotezliklərdən istifadəyə dair müqavilə bağlamadıqda
 
- Radiotezlik istifadəçisi radiotezliklərdən tərəfindən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəliklər yerinə yetirilmədikdə, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödəniş tam aparılmadıqda və ayrılmış radiotezliklər 3 ay müddətində istifadə edilmədikdə.
 
Radiotezliklərdən istifadəyə dair müqavilənin nümunəvi formasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...