Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen Moldova üçün yeni maliyyə yardımı paketini elan edib.
Ednews Deutsche Welle-yə istinadən xəbər verir ki, Moldovaya rəsmi səfər edən Ursula von der Leyen ölkənin baş naziri Maiya Sandu ilə birgə mətbuat konfransında Ukraynadakı müharibənin enerji qiymətlərini artırdığını, bu səbəbdən Aİ-nın bu sərt qışda enerji böhranının qarşısının alınmasında Moldovanın yanında olacağını bildirib.
Von der Leyen qeyd edib ki, maliyyə paketi enerji təhlükəsizliyini təmin edən 200 milyon avronu əhatə edəcək.
Onun sözlərinə görə, maliyyə yardımı yarı qrant, yarısı isə kredit şəklində veriləcək. Paketə 50 milyon avro dəyərində büdcəyə yardım da daxildir.
Komissiya rəhbəri əlavə edib ki, Aİ-nın noyabrın 21-də Parisdə keçiriləcək toplantısında maliyyə yardım paketi vasitəsilə Modovaya daha çox beynəlxalq ianələrin səfərbər olunması ilə bağlı müzakirələr aparılacaq.
Yunis Abdullayev