Baş nazir Nikol Paşinyan ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Ednews xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər həm ikitərəfli, həm də regional əhəmiyyətli məsələləri müzakirə ediblər. Bu kontekstdə Cənubi Qafqaz regionunda atmosferin yaxşılaşdırılmasının və bu istiqamətdə müvafiq addımların atılmasının vacibliyi vurğulanıb.
Ermənistan və Gürcüstan arasında ticarət-iqtisadi əlaqələrin davamlı inkişafının zəruriliyini vurğulayan tərəflər 2023-cü ilin əvvəlində İrəvanda Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasının keçirilməsi barədə razılığa gəliblər.