Ceyhun Bayramov Aktauda bəyanatla çıxış edir - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Ceyhun Bayramov Aktauda bəyanatla çıxış edir

Siyasət A- A A+
Xarici işlər naziri Ceyhun Bayramov Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstanın iştirakı ilə keçirilən görüşdə milli bəyanatla çıxış edir.
 
Ednews xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
 
Toplantıda nəqliyyat sahəsinə məsul şəxlər də iştirak edirlər.
 
Qeyd edək ki, bu gün Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü keçirilir.
 
Görüş üç ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqəni gücləndirmək məqsədi daşıyır.
 
İclasda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan torpaqlarından keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin imzalanması planlaşdırılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...