"Rusiyanın yanaşması doğru deyil" Ekspertlərdən Zaxarovanın açıqlamasına REAKSİYA

Siyasət 19:00 25.11.2022

“Azərbaycan və Ermənistan arasında imzalananması gözlənilən sülh müqaviləsinin şərtləri gizli saxlanılmalıdır”.

Bu sözləri Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova jurnalistlərə açıqlamasında Azərbaycan-Ermənistan münasibətləri ətrafında gedən son prosesləri şərh edərkən bildirib.

Məsələyə münasibət bildirən bəzi ekspertlər Zaxarovanın bu sözlərini xoş qarşılanmayıb.

Politoloq Tofiq Zülfüqarov Ednews-a açıqlamasında qeyd edib ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin şərtləri imza mərasimindən əvvəl hər iki ictimaiyyətə açıqlanmalıdır.

“Mən sülh müqaviləsinin şərtlərinin açıqlanmasının tərəfdarıyam. Hər iki dövlət arasında imzalanacaq sülh müqaviləsi birbaşa hər iki xalq arasında sülhün, barışığın və əmin-amanlığın bərqərar olunmasına istiqamətlənib. Hər iki cəmiyyətin nümayindələri sazişin şərtlərinin nədən ibarət olduğunu bilməlidir. Belə olan halda hər iki xalq məsələni daha aydın başa düşəcək. Sazişin şərtlərinin gizli saxlanılması prosesin uzadılmasına xidmət edir və bir çox problemlərə gətirib çıxara bilər. Buna görə də Rusiyanın yanaşması qəbuledilməzdir”.

Politoloq İlyas Hüseynov da həmkarı ilə eyni fikirləri bölüşüb.

Onun sözlərinə görə, Rusiya rəsmilərinin sülh müqaviləsi barəsində fikirləri regionda geosiyasi reallıqlar ilə ziddiyyət təşkil edir.

“Siyasətçilər keçirilən danışıqlar ilə bağlı bəyanatlar verməlidirlər. Çünki  hər iki toplum nəyə getdiyini və nə qazandıqlarını bilməlidirlər. ATƏT-in Minsk Qrupunun çərçivəsində bu günə kimi keçirilən danışıqlar əsasən gizli saxlanırlırdı. Vasitəçilər məxfiliyin saxlanılmasının tərəfdarı idi. Lakin Prezident İlham Əliyev Vətən müharibəsinin gedişində bir sıra deyilməyən məsələləri Azərbaycan xalqına çatdırdı. Bu gün də bu yanaşmanın irəli sürülməsi qəbul olunan deyil. Biz görürüq ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlardan sonra bəyanatlar qəbul olunur. Bu bəyanatlarda bir sıra regional məsələlər ilə bağlı  müddəalar qeyd olunur. Bununla, hər iki toplum danışıqlardan agah olur”. 

İlyas Hüseynov, həmçinin qeyd edib ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən danışıqlar daha səmərəlidir və nəticə yönümlüdür.

“Rusiya rəsmilərinin sülh müqaviləsi ilə bağlı fikirləri Qafqazda hazırki gesiyasi vəziyyət ilə uyğunluq təşkil etmir. Regionda yeni reallıqlar yaranıb və yeni yanaşmalar formalaşdırılıb. Sülh prosesində hır hansı məsələ məxfi saxlanılmamalıdır”.

Yunis Abdullayev

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı