“Təklif edirəm ki, Respublikamızın yeni Konstitusiyası hazırlansın”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.
“Biz bütöv Azərbaycanın yalnız 20 faizini təşkil edirik. Ona görə də təklif edirəm ki, dövlətimizin adını Konstitusiyaya dəyişiklik edərək, Şimali Azərbaycan adlandıraq. Necə ki, Cənubi və Şimali Koreya var. Bütün dünya birliyi bilməlidir ki, biz 200 il əvvəl iki imperiya tərəfindən iki hissəyə bölünmüşük. Bu addım cənublu soydaşlarımız üçün də stimul olar”, - deyə deputat əlavə edib.