İranın terrorçu ASALA ilə əlaqəsi varmı? - Politoloqdan ŞƏRH - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

İranın terrorçu ASALA ilə əlaqəsi varmı? - Politoloqdan ŞƏRH

Siyasət A- A A+

“İrandakı rejim bölgədə müxtəlif terrorçu və silahlı qruplaşmaları maliyyələşdirir, onlara gizli və açıq dəstək verir. Məqsəd Tehran rejiminin düşmənlərinə və rəqiblərinə qarşı “ortaq mübarizənin” genişlənməsinə nail olmaqdır”.

Bu sözləri Ednews-a tanınmış politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İranın terrorçu ASALA ilə bağlı əlaqələrindən danışarkən bildirib.

“Bunların başında “Hizbullah” təşkilatı dayanır. İranın illərdir maliyələşdirdiyi və silahla təmin etdiyi bu təşkilatın mərkəzi Livandadır. ASALA da Livanda təsis olunaraq Türkiyə və Azərbaycana qarşı fəaliyyətə başlayıb. İran kəşfiyyatının ASALA ilə ilk təmaslarını “Hizbullah” üzərindən qurması istisna deyil. ASALA-nın Livanda digər terrorçu PKK ilə də bağları olub”.

Politoloqun sözlərinə görə Azərbaycanın və Türkiyənin əleyhinə olanlar İran rejiminin müttəfiqləri sayılır.

“ ASALA 1980 və 1990-cı illərin əvvəllərində müxtəlif ölkələrdə Türkiyənin diplomatlarına qarşı terror aksiyları həyata keçirdikdən sonra SSRİ-nin dağılmasıyla Qarabağa keçid aldı. Onlar yerli separatçılarla birləşərək azərbaycanlılara qarşı qətliamlar törətdilər. ASALA üzvləri işğal müddətində də Qarabağda idilər, İranla sərhədə nəzarət edir, narkotik maddələrin Avropaya daşınmasında iştirak edirdilər. ASALA yox olmayıb, Azərbaycan ordusu bir çoxunun cəzasını verib, ancaq sağ qalanları da var və onların bir qismi Qarabağda, digərləri Ermənistanda səpələniblər. Belələri köhnə əlaqələrdən istifadə edərək İran kəşfiyyatına xidmətlərini də davam etdirirlər”.

Oğuz Ayvaz

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...