"Türkiyənin antiterror əməliyyatlarını həyata keçirməkdə qarşısını almağa çalışanlar var".
Ednews xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ABŞ başda olmaqla, bəzi müttəfiq ölkələri terrora verdikləri dəstəyi sonlandırmalıdırlar. Nazir ABŞ-ın Türkiyənin hava zərbələri endirməsini amma quru əməliyyatlarına başlamaması barədə mesajlarına da son verməli olduğunu deyib.
“Türkiyə özü antiterror mübarizəsini davam etdirmək iqtidarında bir ölkədir”, nazir deyib.