NATO-ya üzvlükdən əvvəl Ukrayna müstəqil, suveren və demokratik ölkə kimi qələbə çalmalıdır.
Ednews xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Buxarestdə keçirilən XİN başçılarının toplantısının ikinci günündə mətbuat konfransında deyib.
“Ukraynanın Alyansa üzvlüyü ilə bağlı danışıqların davam etməsi üçün əlbəttə ki, ilkin şərt Ukraynanın qalib gəlməsi, öz mövcudluğunu suveren və müstəqil dövlət kimi qorumasıdır. Biz NATO olaraq Ukraynanın qalib gəlməsi üçün əlimizdən gələn hərbi, iqtisadi, humanitar dəstəyi veririk”, - deyə toltenberq vurğulayıb.
O bildirib ki, digər şərt Ukrayna və NATO arasında siyasi və praktiki əməkdaşlığın gücləndirilməsi ilə bağlıdır:
“Ukrayna ordusunda islahatlar istiqamətində NATO Ukraynaya dəstək verir, bu sahədə illərlə davam edən əməkdaşlığımız var”.
Alyansın Baş katibinin sözlərinə görə, bütün bu addımlar Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirir və bu proses mərhələli şəkildə həyata keçir.