Hərbi ekspert: "Rusiyanın Xəzərdəki aviabazaları Cənubi Qafqaz üçün də təhlükə ola bilər"

Siyasət 17:27 30.11.2022

Ukrayna rəhbərliyi Xəzər dənizinin Rusiyaya aid olan hissəsini hərbi nöqteyi nəzərdən əsas təhlükə mənbəyi hesab edir.

İddialara görə hazırda, Ukraynaya qarşı əsas təhlükə Rusiyanın strateji aviasiya aerodromlarının yerləşdiyi Xəzər dənizi bölgəsindən gəlir. Etibarlı mənbələrdə qeyd olunur ki, Ukraynaya havadan zərbələr endirən Rusiyanın Tu-96 MS tipli taktiki bombardman təyyarələri Xəzərdə yerləşən “Engels” və “Engels2” aerodromlarında yerləşir. Hətta ekspertlər hesab edir ki, həmin qırıcıların 80%-i “Engels” aerodromunda yerləşib və ruslar Xəzər dənizinin akvatoriyasından Ukrayna üzərinə raketlər buraxırlar.

Hərbi ekspert Ramil Məmmədli: “Ukrayna dünyada soyuq müharibəni  konkretləşdirdi” – Eksklüziv Müsahibə | Voice Press

Xəzər dənizində hərbi bazaların yerləşdirilməsinə gəlincə, məsələnin hüquqi tərəfləri barədə hərbi ekspert Ramil Məmmədli Ednews-a açıqlaması zamanı deyib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı onun silahsızlaşdırılması istiqamətində müəyyən fikirlər səsləndirlib.

“Hətta bu sənəddə də qeyd olunub ki, Xəzər dəniz hövzəsi sülh və əminamanlıq hövzəsi olmalıdır. Çox təəssüf ki, Rusiya bu danışıqlar getdiyi ərəfədə öz silah və texnikasını sürətlə gücləndirdi və bu gün Xəzər dənizində ən güclü donanmaya malikdir. Onun tabeliyində “Uqliç”, “Ustyuq” və “Dağıstan” kimi raket-artilleriya gəmiləri mövcuddur. Düşünürəm ki, baş verən hadisə Xəzər dənizi hövzəsindən Ukraynaya raket zərbələrinin endirilməsi Xəzər dənizi hövzəsinin sahilində yerləşən ölkələri ciddi şəkildə maraqlandırmalıdır və Rusiya qarşısında tələb qoyulmalıdır ki, bu dənizdən hərbi məqsədlər üçün istifadə olunmasın. Bir sözlə, Rusiyanın cavabı bəlli olsa da, sahil ölkələri Rusiya qarşısında öz siyasi iradələrini bildirməlidir”. 

Ramil Məmmədli Rusiyanın Xəzər hövzəsindən Ukraynaya raket zərbəsi endirməsi məsələsinə gəlincə qeyd edib ki, bu Rusiyanın xeyli əvvəlki planlarından biri olub.  

“Ukraynada müharibə başlayan ilk gündən Rusiya ordusu Xəzər dənizində yerləşən Rusiya hərbi dəniz qüvvələrinin imkanlarından daim istifadə edib. Məlum olduğu kimi bu yaxınlarda da Rusiya Xəzər donanmasına aid olan gəmilərdən dəniz yer raketlərindən istifadə edərək, Ukraynada bəzi hədəflərin məhv edilməsi üçün istifadə edib. Adətən “kalibr” raketlərindən istifadə etməklə həyata keçirilən bu döyüş tapşırığında Ukraynanın bu və ya digər strateji obyektləri sıradan çıxarılıb. Əlbəttə Rusiya son illər Xəzər dənizində hərbi imkanlarını olduqca sürətlə gücləndirib və birmənalı olaraq deyə bilərəm ki, bu gün Xəzər dənizində son iyirmi il ərzində həyata keçirilən modernləşmə layihələri sayəsində Rusiya ordusu olduqca güclü raket-artilleriya gəmilərinə sahib olub. Hansı ki, bu da uzaq məsafədə olan obyektləri məhv etmək qabiliyyətindədir”. 

Ekspert əlavə edib ki, Rusiyanın Xəzərdə öz donanmasını gücləndirməsi digər dövlətlər üçün də təhdid hesab edilə bilər. 

“Təbii ki, Rusiyanın bu cür aviabaza imkanlarına sahib olması Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin gələcyi üçün bir təhlükədir. Lakin bunu birmənalı olaraq söyləmək olmaz ki, Rusiya gələcəkdə hansısa ölkə ilə konflikt zəminində həmin aviabazalrdan mütləq şəkildə ona qarşı istifadə etsin. Rusiyanın sön dövrlərdə Cənub hərbi dairəsini şəxsi heyətlə təmin edərək gücləndirməsi və silahlandırması məhz elə baş verə biləcək hadisələrdə Rusiyanın maraqlarnı qorumağa xidmət edir. Bu gün Ukraynada baş verənlər həm də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün bir örnəkdir. Bunu nəzərə alaraq hesab edirəm Rusiya ilə münasibətlərdə hər zaman diqqətli olmaq lazımdır”.

Elnur Ənvəroğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
Hamısı