Ərdoğan: "Zəngəzur dəhlizinin açılması Ağrı şəhərinin əhəmiyyətini artıracaq” - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Ərdoğan: "Zəngəzur dəhlizinin açılması Ağrı şəhərinin əhəmiyyətini artıracaq”

Siyasət A- A A+

"Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq".

Ednews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində çıxışı zamanı deyib.

“Azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının səbəbi bəzi ölkələrin səssizliyidir”, - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq: “Əlbəttə, bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir".

Ərdoğan həmçinin bildirib ki, terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olur.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...