Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçki mahnısı "Çırpınırdı Qara dəniz" mahnısı olub.
Ednews xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf partiyasının İstanbul üzrə nümayəndəsi Osman Nuri sosial media hesabında yazıb.
O, bildirib ki, mahnı Ədalət və İnkişaf partiyasının İstanbul İl başkanlığı tərəfindən hazırlanıb.
Osman Nuri yenidən adlandırılan "Senden Vazgeçmeyiz" mahnısının klipini “Bu mahnı millətin liderinə olan sevdasının adıdır” şərhi ilə paylaşıb.
Qeyd edək ki, mahnı Azərbaycanın dahi şairi Əhməd Cavadın yazdığı "Çırpınırdı Qara dəniz" şeirinə məşhur Azərbaycan bəstəkarı Üzəyir Hacıbəyov tərəfindən bəstələnmiş musiqi əsasında yaranıb.
O zaman Üzeyir Hacıbəyov bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Orusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.