Azərbaycan BƏƏ-yə 513 milyon dollar sərmayə yatırıb

Siyasət 21:41 02.12.2022

Bu gün Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqillik Günün 51-ci illiyi və BƏƏ ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub.

Ednews xəbər verir ki, tədbirin açılışında BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi çıxış edib.

Səfir ölkələrimiz arasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətlərdən danışıb:

“Bu tarixi gündə BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında qurulmuş yüksək səviyyəli ikitərəfli münasibətləri qeyd etmək istərdim. Hər iki dövlət başçısının qarşılıqlı səfərləri, davamlı olaraq artan ticari, iqtisadi və mədəni mübadilənin səviyyəsi, həmçinin BƏƏ-dən gələn turistlərin sayının artması ikitərəfli əlaqələrin müxtəlif sahələrdə güclənməsinə dəlalət edir".

Səfir həmçinin qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkəsinin regional və beynəlxalq arenada öz mövqeyini və fəal rolunu gücləndirir.

“50-nin Prinsipi” barədə ətraflı məlumat verən səfir deyib: “Bu gündə 50-nin Prinsipi haqqında danışmaq mənim üçün böyük şərəfdir. BƏƏ növbəti 50 il ərzində artım və inkişafın yeni mərhələsinə qədəm qoyur və “50-nin Prinsipi” olkədə istinad edilən on prinsipi təmsil edir. Bu sənəd Birliyin sütunlarını gücləndirmək, dayanıqlı iqtisadiyyat qurmaq və daha firavan cəmiyyət üçün bütün mümkün resurslardan istifadə etmək məqsədilə BƏƏ-nin yeni iqtisadi, siyasi, inkişaf və sosial yüksəliş erası üçün strateji yol xəritəsini müəyyən edir”.

BƏƏ neftdən uzaq, iqtisadi diversifikasiyanı təşfiq edən iqtisadi strategiyalar qəbul edir və ölkə elmi və texnoloji tərəqqi ilə gücləndirilmiş bilik və müxtəlifliyə əsaslanan iqtisadiyyat qurmaq üzərində işləyir.

“BƏƏ 1971-ci ildən 2021-ci ilə qədər əlli ili əhatə edən bir dövrdə 322 milyard dirhəm dəyərində xarici yatırım edib” – deyə səfir vurğulayıb.
Tədbirin fəxri qonağı, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirakçıları salamlayıb və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsini vurğulayıb.

“BƏƏ xalqını milli bayramı - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının hökuməti adından təbrik edirəm. Xalqınıza daim tərəqqi, rifah, sülh və əmin əmanlıq arzu edirəm. Dövlətlərimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması şübhəsiz ki, iki ölkə liderləri arasında səmimi dostluq münasibətləri, onların müdrik uzaqgörənliyi, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir”, - deyə Sahil Babayev bildrib.

Nazir indiyədək iki ölkə arasında iqtisadiyyat, ticarət, sərmayələrin qoyulması, səhiyyə, mədəniyyət və digər sahələrdə əməkdaşlığa dair 30-dan çox sənəd imzalandığını vurğlayıb.

Bu ilin yanvar - oktyabr aylarında Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsinin keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə artdığı vurğulanaraq bu məbləğin 90 milyon dolları keçdiyi diqqətə çatdırılıb.

“Dubay şəhərində ölkəmizin 2017-ci ildən ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların körfəz ölkələrində satışını təşkil etmək üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Azərbaycan tərəfindən BƏƏ-yə otən dövr ərzində 513 milyon dollar sərmayə yatırılıb. Azərbaycanda 233 BƏƏ investisiyalı şirkət fəaliyyət göstərir”,- deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, 2008-ci ildə yaradılan iqtisadi, ticarət, texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti müxtəlif sahələrdə inkişaf edib. Əməkdaşlıq istiqamətlərində bərpa olunan enerji, turizm sahələrinin də önəmli rol oynadığı vurğulanıb.

“Azərbaycan “Expo-2020 Dubai” sərgisinə dəstək verən ilk ölkədir. Dünyanın ən böyük sərgilərindən olan “Expo-2020 Dubai”da Azərbaycan “Gələcəyin toxumları” mövzusunda geniş pavilyonla təmsil olunub. 30 ilə yaxın davam edən işğaldan azad edilən Azərbaycan ərazilərində hazırda sürətlə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu prosesde biz dost BƏƏ şirkətlərinin də iştirakını dəstəkləyirik”, deyə Sahil Babayev bildirib.

Nazir inandığını bildirib ki, Azərbaycan Prezidenti İham Əliyev tərəfindən təməli qoyulan Ələt Azad İqtisadi Zonasında həyata keçiriliəcək layihələr də BƏƏ-nin biznes dairələri üçün maraqlı olacaq.

Əmək və əhalinin sosial müadifəsi naziri Azərbaycanla BƏƏ arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini bildirib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rubionun səsi ilə siyasətçiləri aldatdılar
17:36 09.07.2025
Fransada polis partiya qərargahına basqın edib
17:21 09.07.2025
Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib?
17:06 09.07.2025
PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?
16:51 09.07.2025
Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Hamısı