Prezident İlham Əliyev Maqomedali Maqomedovun vəfatı ilə bağlı başsağlığı verib - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Prezident İlham Əliyev Maqomedali Maqomedovun vəfatı ilə bağlı başsağlığı verib

Siyasət A- A A+

Prezident İlham Əliyev Dağıstanın görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Maqomedali Maqomedovun doğmalarına və yaxınlarına başsağlığı verib.

Ednews-un məlumatına görə, mətndə deyilir: 

"Dağıstanın görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Maqomedali Maqomedovun vəfatı xəbəri məni dərindən kədərləndirdi. 

Maqomedali Maqomedov Azərbaycan və Dağıstan arasında ənənəvi dostluq əlaqələrinin inkişafına və genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimad ab-havasının möhkəmlənməsinə sanballı töhfə verib. 
Maqomedali Maqomedoviç Maqomedov ilə Heydər Əlirza oğlu Əliyev arasında yaranmış dostluq münasibətlərini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər. 

Maqomedali Maqomedovun nurlu xatirəsi daim qəlbimizdə yaşayacaq. 

Bu ağır itki ilə əlaqədar sizin kədərinizə şərik çıxır və səmimi qəlbdən başsağlığı verirəm. 

Allah rəhmət etsin!" 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...