“Zəngəzur dəhlizinin açılması ən səmimi arzumuzdur” - Hulusi Akar - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

“Zəngəzur dəhlizinin açılması ən səmimi arzumuzdur” - Hulusi Akar

Siyasət A- A A+

“Regionda dəmir yolu və avtomobil əlaqələrinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması, iqtisadi fəaliyyətə başlaması və Azərbaycan-Ermənistan, Türkiyə- Ermənistan münasibətləri də daxil olmaqla bütün regionda hərtərəfli normallaşmanın təmin edilməsi ən səmimi arzumuzdur”.

Ednews xəbər verir ki, bu barədə bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini izləyərkən bildirib.

Nazir bildirb ki, Qafqaz regionu sülh və gələcəyə inamla addımlayacaq.

"Bu məqsədlə regionun digər aktorlarından da ölkələr arasında əməkdaşlıq və həmrəyliyin təmin olunduğu firavan gələcəyin formalaşmasına töhfə vermələrini gözləyirik. Türkiyə bu günə kimi Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaq. Qardaşlığımız əbədidir”, - deyə H.Akar bildirib.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...