“Bizim üçün fərqli il oldu. Qarabağ Azadlıq Təşkilatımız Azad Vətən Partiyasına çevrildi. İlin yekunlarını həm QAT, həm də Azad Vətənçilər kimi dəyərləndirə bilərik”.
Bu sözləri Ednews-a Azad Vətən Partiyasının rəhbəri Akif Nağı bildirib. O, 2022-ci ildə rəhbəri olduğu partiya haqqında xülasə verib.
“QAT olaraq "Arsak: tarix və müasirlik", "Qarabağ dünən, bu gün və sabah" adlı elmi-əməli konfransları hazırladıq, keçirdik. Azad Vətən Partiyası olaraq birinin materiallarını Azərbaycan, ingilis, rus dillərində çap etdik, digərini çapa hazırladıq”.
A.Nağının sonda bunları bildirdi:
“İsti yay günlərində, avqust ayında uğurlu qurultay keçirdik. Yeni qərargaha köçdük. "Siyasi partiyalar haqqında qanun"un yeni redaksiyasına təkliflərimizi verdik. Bir təklifimiz keçdi, seçkilərdə göstərdiyi nəticədən asılı olmayaraq bütün partiyalar dövlət büdcəsindən maliyyələşəcək. Bu, partiya quruculuğu üçün çox vacib addım oldu”.
Oğuz Ayvaz