“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu

Mədəniyyət 11:02 03.07.2025

Sosial Tədqiqatlar Mərkəzində (STM) milli mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində daha bir vacib tədbir keçirilib.

 Azərbaycanın qədim və zəngin kulinariya ənənələrini əks etdirən “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri ictimaiyyətə təqdim olunub.

Təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, kitabın müəllifləri – Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) sədri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, əməkdar mədəniyyət işçisi Oruc Əliyev, layihənin rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli və əməkdar jurnalist Telli Pənahqızı iştirak ediblər. Tədbirdə çıxış edənlər kitabın elmi, tarixi və mədəni əhəmiyyətindən bəhs edərək, onun Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından önəmini vurğulayıblar.

STM İdarə Heyətinin sədri Zahid Oruc çıxışında bildirib ki, kitab həm tariximizin, həm də mədəni irsimizin qorunması baxımından mühüm vəsaitdir:

“Azərbaycan mətbəxi milli kimliyimizin daşıyıcısıdır. Kitab vasitəsilə biz təkcə bir regionun yeməklərini deyil, həm də unudulmaqda olan tarixi-mədəni yaddaşı yenidən gündəmə gətiririk. İrəvan xanlığının mətbəxi eyni zamanda Azərbaycanın min illərlə yaşadığı tarixi yurdun mənəvi-mədəni xəritəsinin bərpasına xidmət edir.”

Kitabın müəlliflərindən biri, tanınmış kulinariya eksperti Tahir Əmiraslanov təqdimat zamanı vurğulayıb ki, “İrəvan xanlığının mətbəxi” yalnız reseptlər toplusu deyil, həm də dərin tarixi-etnoqrafik tədqiqat əsəridir:

“Kitabda 413 yemək və içkinin resepti, onların hazırlanma texnologiyası, istifadə olunan məhsullar və alətlər ətraflı təsvir olunub. Biz arxivlərdə araşdırmalar aparmışıq, yaşlı nəsillə müsahibələr etmişik. Məqsədimiz saxtalaşdırılan tarixi düzgün göstərmək və Azərbaycan mətbəxinin zənginliyini dünya ictimaiyyətinə çatdırmaqdır.”

Kitabın layihə rəhbəri Qivami Rəhimli isə qeyd edib ki, əsər yalnız mətbəx haqqında məlumat verməklə kifayətlənmir, həm də milli mədəni yaddaşı, regionun sosial və tarixi kontekstini oxucuya təqdim edir:

“Biz bu kitab vasitəsilə İrəvan xanlığının gündəlik həyatını, məişətini, təsərrüfat sistemini və mədəni reflekslərini oxucuya çatdırmağa çalışmışıq. Bu həm də Azərbaycanın qədim dövlətçilik tarixinin bir parçasının süfrə üzərindən təqdim olunmasıdır.”

Əməkdar jurnalist Telli Pənahqızı çıxışında bildirdi ki, bu layihə Azərbaycanın mədəni təhlükəsizliyi və mədəni diplomatiyası baxımından strateji əhəmiyyətə malikdir:

“İrəvan xanlığının adətləri, ənənələri, yaşam tərzi kitabda yaşayır. Mətbəximiz təkcə milli özünütəsdiqin deyil, həm də mədəni müqavimətin bir vasitəsidir. Bu əsər eyni zamanda, gələcək nəsillərə miras buraxılacaq mədəni kodların daşıyıcısıdır.”

Təqdimatda tanınmış ictimai xadimlər, mədəniyyət tədqiqatçıları və akademik dairələrin nümayəndələri də iştirak edərək fikirlərini bölüşüblər. 

Çıxışlarda vurğulanıb ki, bu cür nəşrlər təkcə mədəni irsin deyil, həm də tarixi həqiqətlərin qorunmasında mühüm rol oynayır.

 Qeyd olunub ki, kitabın ingilis dilində nəşri beynəlxalq elmi dairələr üçün yeni tədqiqat imkanları açır. İştirakçılar bu təşəbbüsü milli ideologiyanın və mədəni diplomatiyanın təzahürü kimi qiymətləndiriblər. Eyni zamanda, vurğulanıb ki, mətbəx mədəniyyəti üzərindən tarix yazmaq müasir mədəni təhlükəsizlik strategiyasının bir hissəsidir. 

Kitabın hazırlanması zamanı tədqiqatçılar İrəvan bölgəsindən deportasiya olunan soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərindən və müxtəlif tarixi qaynaqlardan istifadə ediblər. Əsərin strukturu kulinariya reseptlərindən savayı, tarixi izahlar və sosial kontekstə dair qeyd və analizləri də əhatə edir. Bu yanaşma kitabı həm də ensiklopedik səciyyə daşıyan bir mənbəyə çevirir.

Kitabın ingilis dilinə tərcüməsi onun daha geniş beynəlxalq auditoriyaya çıxmasına, Azərbaycanın mətbəx mədəniyyətinin dünya ictimaiyyətinə doğru təqdim olunmasına imkan yaradır. Tədbir iştirakçıları qeyd ediblər ki, bu nəşr, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində yeni bir mərhələ açacaq.

Sosial Tədqiqatlar Mərkəzində keçirilən  təqdimat bir daha nümayiş etdirdi ki, Azərbaycan öz mədəni irsinə sahib çıxmaqla yanaşı, İrəvanın əsl tarixi simasının – Azərbaycan şəhəri olduğu həqiqətinin də beynəlxalq elmi ictimaiyyətə çatdırılması üçün prinsipial və ardıcıl mövqe nümayiş etdirir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri saxlanıldı
23:25 02.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb, Sumqayıt Daşkəndlə, Qəbələ Navoi ilə qardaşlaşır
23:10 02.07.2025
Abşeronda güclü yanğın başladı
23:04 02.07.2025
Hindistanda musson mövsümü: 50-dən çox ölən var
22:50 02.07.2025
Hamısı